http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Deputat: "Müharibə yenidən alovlansa, qonşu dövlətlərə də təsir göstərəcək"

02 Aprel 2024 , 12:50
Deputat: "Müharibə yenidən alovlansa, qonşu dövlətlərə də təsir göstərəcək"

"Azərbaycan və Ermənistan arasında regional gərginliyin azaldılması ilə bağlı məsələ mütləq şəkildə beynəlxalq səviyyədə dəyərləndirilməlidir. Əks halda toqquşmaların olması labüddür".

Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, Paşinyanın son açıqlamaları gərginliyin olmasından xəbər verir:

"Gərginlik ondan ibarətdir ki, ABŞ, Fransa və digər havadarlar bu gün ciddi cəhdlə çalışırlar ki, sülh müqaviləsinin imzalanmasından öncə şərti sərhədlərə uyğun olaraq yüksəklikləri ələ keçirsinlər və həmin yüksəkliklərdən sonra gələcəkdə delimitasiya və demarkasiya məsələsinə başlasınlar. Bu, onların köhnədən olan arzularıdır, eyni zamanda güzgüvari şəkildə qoşunların çəkilməsi məsələsi də bu proseslərdə var. Həmçinin həmin əraziyə də mütləq şəkildə özlərinin də müxtəlif sənədlərdə qanuniləşdirməyə çalışdığı digər qüvvələrin gətirilməsi məsələsi var. Çünki artıq beynəlxalq təşkilatlarda, bəzi sənədlərdə onlar göstərirlər ki, gələcəkdə digər dövlətlər olan sərhədləri Ermənistan sərhəd qoşunları və digər qüvvələr qoruyacaq.

Düşünürəm ki, digər qüvvələr də məhz fransızlardan digərlərindən təşkil olunmuş vizual kəşfiyyatçılardan ibarət silahlı dəstələrdir və burada məlumdur ki, terror təşkilatlarının da reallaşdırılması istiqamətində addımlar atacaq. Bir tərəfdən bunlar Rusiyaya qarşı atdıqları addımlardır, yəni sərhəd məsələlərində məlumdur ki, Federal Təhlükəsizlik Xidmətinin qoşunları müxtəlif sərhədləri qoruyur, yaxud Rusiyanın regionda olan bazalarının çıxarılması məsələsi də gündəmdə qalır. Rusiya orda ola-ola "xarici təcavüzdən" niiy kimsə kənardan gəlib 1000 kilometr uzaqdan qorumalıdır?"

Millət vəkili qeyd edib ki, regionda sülhün bərqərar olmasını doğrudan da istəməyən qüvvələr var:

"Son vaxtlarda dislokasiya yerlərini dəyişən qoşunları biz müşahidə edirik. Artıq bu, bütün beynəlxalq kütləvi informasiya vasitələrində də var. Bu məsələ də Qazax istiqamətində dörd kəndin qaytarılması danışıqlarından sonra başladı. Böyük müharibə ehtimalı, təbii ki, görünmür, ancaq lokal şəkildə müəyyən problemlər yarana bilər. Bunun da qarşısını almaq üçün Azərbaycanın hərbi qüvvələri ən yüksək səviyyədə öz işini görəcək və görməkdədir. Lakin regionda sülhün bərqərar olmasını doğrudan da istəməyən qüvvələr var. Burada Fransanın da adını çəkmək olar, digər bir sıra Qərb dövlətlərinin də, hətta qonşu dövlətlərin də bəzilərinin marağı var. Sadəcə olaraq bir sıra qonşu dövlətlər də bəyanatla çıxış etməlidir ki, əgər bu münaqişə olsa, yenidən müharibə alovlansa, onlardan heç də yan keçməyəcək. Çünki artıq burada NATO qüvvələrindən, Ermənistandan istifadə edərək Rusiya-NATO gərginləşməsindən söhbət gedir. Buna görə də düşünürəm ki, regional gərginliyi azaltmaq üçün mütləq beynəlxalq səviyyədə buna qiymət verilməlidir. Əks halda, toqquşmalar labüddür. Lakin inandırıcı görünmür ki, bu, böyük müharibəyə çevrilsin. Çünki böyük müharibəyə çevrilməsi bütün regional dövlətlərə özünün ən ciddi təsirini göstərəcəkdir".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu