http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Aprel döyüşləri olmasaydı, Vətən müharibəsində itkilər daha çox olardı”

02 Aprel 2024 , 15:43
“Aprel döyüşləri olmasaydı, Vətən müharibəsində itkilər daha çox olardı”

Cəmi 4 günlük döyüşlə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edilir. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçirilir. Təbii ki, Aprel döyüşlərinin əhəmiyyəti yalnız bu uğurlar deyil.

Bəs Aprel döyüşləri olmasaydı nə olardı?

Vətən müharibəsinin yekun təhlili onu göstərir ki, sentyabrın 27-nə qədər həyata keçirilən bütün əməliyyatların bu uğurda böyük payı var. Aprel döyüşləri isə bu əməliyyatlar arasında ən vacibi idi. Aprelə qədər Ermənistan ordusunun bölmələri, Füzulinin Qazaxlar, Əhmədalılar kəndlərini və Horadiz qəsəbəsini atəş altında saxlayırdılar. Cəmi 271 metr yüksəkliyi olan Lələtəpədən ermənilər Azərbaycan postlarını ovuc içi kimi görürdü. Lələtəpəyə bayrağı sancmamış Cəbrayıla bir metr də girmək mümkün deyildi. 

Vətən müharibəsində Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərindən əks-hücuma keçdi. Murov əməliyyatı strateji əhəmiyyətli olsa da, qoşunlar Qarabağa Kəlbəcərdən daxil olmadı. Ağdam və Füzuli cəbhəsindən hər gün hücumlar təşkil olundu. Lakin 44 gün ərzində Ağdama, 23 gün ərzində isə Füzuli şəhərinə girilmədi. Qoşunların əsas hücum istiqaməti Aprel qələbəsinin gətirdiyi üstünlük hesabına oldu.
Hərkəsə bəllidir ki, Vətən Müharibəsində Lələtəpədən Qarabağa daxil olan bölmələri Şuşaya qədər dayandırmaq mümkün olmadı. Hətta Alıxanlı postu ilə 5 kilometr məsafədə olan Füzuli şəhərini də Lələtəpədən keçən heyət azad etdi. 

Eyni qayadada cəbhənin xoş xəbərlər eşitdiyimiz ikinci hissəsi də “Aprel döyüşləri”nin yaratdığı imkanla əldə edildi. 2016 cı ildə Xüsusi Təyinatlı Qüvvələr Talış kəndinin içərisinə qədər irəliləmişdilər. Elə aprel ayında mövqelər irəli və daha yuxarı pozisiyalara çəkildi. Vətən Müharibəsində döyüşlərin ilk günlərindən bölmələr Tonaşenə qədər sürətli əks-hücum təşkil edə bildi. Daha sonra döyüşün bu hissədən tempi azaldı. 
Əgər Aprel döyüşlərində müdafiə xətti daha çox istiqamətdə yarılsaydı, Vətən Müharibəsi bir o qədər az itki və tez başa çatardı. Aprelə qədər “yenilməz” erməni ordusu mifi erməniləri eyforiyyada saxlayırdı. 

Ağır döyüşlərin gedişində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, erməni tərəfinin ölü və yaralı olaraq 800-dən çox hərbçisi zərərsizləşdirildi. Suqovuşan yaşayış məntəqəsinə yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq imkanı əldə olundu.

Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Elmin B.

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu