Menyu

“2016-nın aprelindən dərs çıxarmayanların yenidən təxribatlara cəhd etməsi ancaq onlara məğlubiyyət gətirər” - Politoloq

“2016-nın aprelindən dərs çıxarmayanların yenidən təxribatlara cəhd etməsi ancaq onlara məğlubiyyət gətirər” - Politoloq

“Bu gün Ermənistanda baş qaldıran revanşizm və 5 aprelə planlaşdırılan görüş göstərir ki, Vətən Müharibəsi və Antiterror əməliyyatı onlara dərs olmayıb”. 

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Murad Sadəddinov deyib.

Politoloqun sözlərinə görə, 2016-cı ilin aprel ayında ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində ciddi böhran yaradıb. Bunun nəticəsində Serj Sarkisyan hakimiyyətini itirib.

“Azərbaycan ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu birləşmələri tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Aprel döyüşləri Qarabağın azadlıq yolunun başlanğıcı oldu. Yenə də Ermənistan, onun arxasında dayanan qüvvələr real vəziyyətdən nəticə çıxarmaq istəmirlər. Bu gün onlar müxtəlif cəhdlər edirlər və təxribatlara əl atırlar. Ermənistan rəhbərliyi, onun arxasında olan qüvvələrə də bildirmək istəyirəm ki, bir daha təxribat etsələr, onlara bizim əvvəllki əməliyyatlardan da daha ciddi zərbələr endiriləcək. Bir sözlə, 2016-cı ilin aprelindən dərs çıxarmayanların 2024-cü ilin aprelində yeni təxribatlara cəhd etməsi eyni nəticə verəcək”, - politoloq qeyd edib. 

Teqlər:

"\u201c2016-n\u0131n aprelind\u0259n d\u0259rs \u00e7\u0131xarmayanlar\u0131n yenid\u0259n t\u0259xribatlara c\u0259hd etm\u0259si ancaq onlara m\u0259\u011flubiyy\u0259t g\u0259tir\u0259r\u201d - Politoloq"

Əlaqəli Xəbərlər