Menyu

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub

Nərmin Qocamanlı
Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub
1 dəq oxu

Mart ayı ərzində KTM-ə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən açıqlama verilib.

Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub. 

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Əlaqəli Xəbərlər