Menyu

Zaxarova: Lavrov tezliklə həmkarı Vanq Yi ilə danışıqlar aparmaq üçün Çinə gedəcək

Nərmin Qocamanlı
Zaxarova: Lavrov tezliklə həmkarı Vanq Yi ilə danışıqlar aparmaq üçün Çinə gedəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Çinə səfər edəcək və orada çinli həmkarı Vanq Yi ilə danışıqlar aparacaq.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Yaxın vaxtlarda Rusiya Federasiyası Xarici İşlər Nazirinin ÇXR-ə rəsmi səfəri baş tutacaq, Çinin Xarici İşlər Naziri cənab Van Yi ilə danışıqlar planlaşdırılır", - o, brifinq zamanı deyib.

Zaxarova qeyd edib ki, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, BMT, BRİKS, ŞƏT ,G20-də iş, eləcə də Ukrayna böhranı və Asiya-Sakit okean regionunda vəziyyət də daxil olmaqla bir sıra aktual mövzuları müzakirə edəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər