Mövlud Çavuşoğlu Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Nərmin Qocamanlı
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
"Operativ Media" xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.