http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Brüssel” görüşündən nələr gözlənilir? - AÇIQLAMA

04 Aprel 2024 , 12:44
“Brüssel” görüşündən nələr gözlənilir? - AÇIQLAMA

“5 apreldə Brüsseldə baş tutacaq üçtərəfli görüş Ermənistanı çətin vəziyətə sala bilər. Avropa İttifaqı (Aİ), ABŞ və Ermənistan arasında baş tutacaq görüşdə rəsmi İrəvana bir sıra vədlərin veriləcəyi ehtimal edilir”.

Bunu “Operativ Media”ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan faktiki olaraq meylini Rusiyaya deyil, Avropaya yönəldib. Rusiyanın qəzəbindən çəkinən Ermənistana Qərbdən bir sıra vədlər veriləcək:

“Başqa bir sözlə, Qərb Ermənistanı müxtəlif hərbi-siyası təhlükələrdən qorumağa çalışır. Görüşdə, əslində, heç bir hüquqi öhdəlik yaratmayan bəyanat səslənəcəyi gözlənilir. Həmin bəyanatda Ermənistanın Avropa seçimi dəstəklənəcək. Həmin vədlərin reallaşıb-reallaşmayacağı sual doğurur. Həmçinin, Fransa çalışır ki, sərhəddə yerləşdirilən Avropa missiyasının maliyyələşməsini Avropa Sülh Fondunun hesabına etsin. Məqsəd budur ki, Avropa Birliyi və ABŞ, Rusiyanın Ermənistanı qaz, neft məhsulları və qida məhsulları ilə cəzalandırdığı halda Ermənistana dəstək versinlər. Guya ki indi olacaqmı? Hansı şəkildə Moskva erməniləri cəzalandırmaq istəyəcək, bu ikinci məsələdir. Hər halda bu  məsələni özləri müzakirəyə atıblar. Burada çox vədlər səslənə bilər, düşünmürəm ki, öhdəlik olsun''

Millət vəkili bildirib ki, əgər Ermənistan bu görüşdən sonra hər hansı bir səhv addım atsa, cəzası da gecikməyəcək:

''İnanmıram ki, Ermənistan bundan ürəklənərək Azərbaycanın üzərinə yeriməyə cəsarət tapsın. Eləsələr, buyursunlar. Çoxdan gözləyirdik ki, bunlar bir səhv etsinlər, ancaq etməzlər. Mən heç düşünmürəm ki, Azərbaycanın adı hansısa bir şəkildə səsləndirilsin. Çünki buna onların əsasları yoxdur. Əgər belə bir fikir səslənərsə, bunu Azərbaycana qarşı açıq düşmən mövqe kimi qəbul edəcəyik. Bunu həm Vaşinqtona, həm də Brüsselə çatdırmışıq. Bütün hallarda bu, Ermənistanı Ukraynaya çevirmək cəhdidir. Yenə də vədlər veriləcək və həmin vədlər yerinə yetirilməyəcək. Məğlub olan Ermənistan daha biabırçı duruma düşəcək''.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu