http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş nazir Əli Əsədov Konqo Prezidenti ilə görüşüb

04 Aprel 2024 , 16:07
Baş nazir Əli Əsədov Konqo Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Covid-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Eyni zamanda səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu