http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə postmünaqişə dövründə regional vəziyyəti müzakirə edib - YENİLƏNİB

04 Aprel 2024 , 19:54
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə postmünaqişə dövründə regional vəziyyəti müzakirə edib - YENİLƏNİB

4 aprel 2024-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan və Türkiyə arasında mövcud möhkəm qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfələrə görə Mövlud Çavuşoğluna təşəkkür edib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə, ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində möhtərəm cənab Prezidentin TDT ilə bağlı qeyd etdiyi tarixi fikirlərin sözügedən Təşkilatın inkişafı ilə bağlı səylərimizin bundan sonra da davam etdiriləcəyini sübut etdiyi vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, aparılan danışıqlar və mövcud çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov bölgəmizdən uzaqda yerləşən bir sıra dövlətlərin regional sülh və inteqrasiya səylərinə, habelə kövrək normallaşma prosesinə hədə törədən birtərəfli mövqe nümayiş etdirməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Mövlud Çavuşoğlu ölkəmizdə səfərindən, aparılan faydalı fikir mübadiləsi, habelə nümayiş olunan yüksək qonaqpərvərlikdən məmnunluq duyduğunu ifadə edib.

Bundan öncə Türkiyə Respublikasının xarici işlər naziri qismində fəaliyyəti dövründə olduğu kimi hazırkı vəzifəsinin icrası zamanı da iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi diqqətə çatdırılıb.

Regional sülh və təhlükəsizliyin bərqərar olunmasına törədilən hədələrlə bağlı Azərbaycanın haqlı mövqeyi və narahatlıqlarının öz növbəsində Türkiyə tərəfindən də daim dəstəkləndiyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

***

19:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Mövlud Çavuşoğlu ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X"də yazıb.

Görüş çərçivəsində müttəfiqlik münasibətlərin möhkəmləndirilməsi, çoxtərəfli əməkdaşlıq və postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu