05 Aprel 2024, 11:35
2040-cı ilə qədər dünyada prostat xərçəngi halları iki dəfə artacaq
2040-cı ilə qədər dünyada prostat xərçəngi halları iki dəfə artacaq şəkil
2040-cı ilə qədər dünyada prostat xərçəngi halları iki dəfə artacaq

Dünyada prostat xərçəngi diaqnozu qoyulan kişilərin sayının 2040-cı ilə qədər ildə iki dəfə artaraq 2,9 milyona çatacağı və illik ölümlərin 85% artacağı proqnozlaşdırılır.

"Operativ Media" "The Guardian"a istinadən xəbər verir ki, araşdırmalara görə prostat xərçəngi 100-dən çox ölkədə kişilərdə geniş yayılıb.

Lakin qlobal miqyasda əhalinin qocalması və gözlənilən ömür uzunluğunun artması ilə yeni bir analiz növbəti 15 il ərzində hadisələrin və ölümlərin kəskin artacağını proqnozlaşdırır.

Diaqnozların (2020-ci il) 1,4 milyondan 2040-cı ilə qədər 2,9 milyona qədər artacağı proqnozlaşdırılır ki, bu da hər saat təxminən 330 kişinin prostat xərçənginə tutulması deməkdir.

Dünya üzrə ölümlərin sayının 20 il ərzində 85% artaraq 2020-ci ildəki 375,000-dən 2040-cı ilə qədər demək olar ki, 700,000-ə çatacağı proqnozlaşdırılır.

Mütəxəssislərin fikrincə, orta gəlirli ölkələrdə diaqnozun düzgün qoyulmaması və məlumatların aşağı olması səbəbindən, ölənlərin sayı daha çox olacaq.

Son xəbərlər
Münaqişə Trampın prezidentlik müddəti bitənə qədər başa çatmalıdır
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb