Menyu

“Fransanın sülh pozuculuğu Avropanın özündə də tənqid edilir” - EKSPERT

Nərmin Qocamanlı
“Fransanın sülh pozuculuğu Avropanın özündə də tənqid edilir” - EKSPERT

“Fransanın mövqeyi dünyada təkcə sülh pozuculuğu kimi yadda qalmır. Qafqazda Ermənistanı dəstəkləməklə haqsız bir rəqabət mühiti yaratmağa çalışır”.

Bunu “Operativ Media”ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Əziz Əlibəylinin sözlərinə görə, Fransa işğalçı ölkənin arxasında dayanmaqla yenidən torpaq iddialarının baş qaldırmasına çalışır. Azərbaycanın etirazı da bununla əlaqədardır:

“İkinci vacib məsələ odur ki, Avropa İttifaqının (Aİ) tərkibində Azərbaycana investisiya yatıran, onun karbohidrogen ehtiyatlarından istifadə edən 8 ölkə var. Rusiya-Ukrayna müharibəsi konteksində enerji təhlükəsizlikləri üçün Azərbaycanla yaxşı əlaqələr qurublar. İndi isə Avropa İttifaqının davranışı da dağıdıcı bir reallıq doğurur. Məsələn, Azərbaycan Almaniya münasibətlərinə nəzər yetirdikdə görürük ki, sonuncu dəfə iki ölkə arasında əlaqələr üçün yeni addımlar atıldı. Almaniyanın şərq vilayəti rəhbərlərinin Azərbaycana səfərində bunu gördük. İtaliya ilə münasibətlərimiz də həmin sıradadır. Fransanın Avropa İttifaqının adından açıqlamalar verməsi qəbuledilməzdir. Fransa niyə çıxış edib deməlidir ki, İtaliya Azərbaycanın karbohidrogen ehtiyyatları üçün sanksiyalar tətbiq etsin”.

Teqlər:

"\u201cFransan\u0131n s\u00fclh pozuculu\u011fu Avropan\u0131n \u00f6z\u00fcnd\u0259 d\u0259 t\u0259nqid edilir\u201d - EKSPERT"

Əlaqəli Xəbərlər