Menyu

"Ermənistan xəbərdarlıqları ciddiyə almasa, növbəti məğlubiyyətə hazır olmalıdır"

Redaksiya
"Ermənistan xəbərdarlıqları ciddiyə almasa, növbəti məğlubiyyətə hazır olmalıdır"

Təkcə ötən gün Ermənistan ordusu mövqelərimizə 30 dəfə atəş açıb. Çox maraqlıdır, aylarla sürən sakitlik Ermənistan-ABŞ-Aİ görüşü ərəfəsində pozuldu və yenə də biz atəşkəs xəbərləri eşitməyə başladıq. 

Mövzu ilə əlaqədar "Operativ Media"ya açıqlama verən YAP Binəqədi rayon təşkilatının “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev bildirib ki, Qərbdən yalan vədlər alan Ermənistan yeni xülyalara düşüb.

"Regiondakı bütün ölkələrin maraqlarına zidd addımlar atan bu cırtdan ölkənin rəhbərliyi elə bilir ki, Azərbaycana qarşı təxribatçı hərəkətlər cavabsız qalacaq.

Ermənistan unutmamalıdır ki, 44 günlük müharibədə də, 23 saatlıq anti-terror əməliyyatında da onun indi arxalandığı ABŞ, Fransa, Avropa İttifaqı ölkələri Azərbaycan əleyhinə dayanmadan açıqlamalar verirdilər. Onlar Azərbaycanı hərbi əməliyyatı dayandırmağa çağırırdılar. Dayanmadan ölkə rəhbərinə zəng vurub xahiş edirdilər. Kim bizim iradəmizə təsir edə bildi? Əlbəttə ki, adıçəkilən ölkələrdən heç biri. İndi yenə də Ermənistan özünə yeni ağa axtarışlarına çıxıb və regiondan kənar qüvvələri evinə dəvət edir. Bu da qonşuların haqlı narazılıqlarına səbəb olur. Burada əlbəttə İranın mövqeyi də qeyri-müəyyəndir. Çünki İran onun əsas düşməni olan, həftədə bir dəfə ona sanksiya tətbiq edən ABŞ və Aİ ölkələrinin Ermənistana nüfuz etməsinə səssiz qalır. 

İranın səssizliyini torpaqlarımız işğal altında olanda da, məscidlərimizdə donuz saxlanılanda da görmüşük. Artıq Rusiya, Türkiyə, Azərbaycan Ermənistana xəbərdarlıq edib. Ümid edirik, regionun söz sahibi olan ölkələrin narahatlığını Ermənistan ciddiyə alacaq. Əks halda, Ermənistan növbəti məğlubiyyətə hazır olmalıdır" - deyə F.Əliyev vurğulayıb.

Teqlər:

"\"Erm\u0259nistan x\u0259b\u0259rdarl\u0131qlar\u0131 ciddiy\u0259 almasa n\u00f6vb\u0259ti m\u0259\u011flubiyy\u0259t\u0259 haz\u0131r olmal\u0131d\u0131r\""

Əlaqəli Xəbərlər