Menyu

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb
1 dəq oxu

"Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşdə ölkəmizdə güləş idman növünə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Azərbaycan-da təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris – 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq", - o, qeyd edib.

Əlaqəli Xəbərlər