Menyu

Ceyhun Bayramov bu gün Qırğızıstana səfər edəcək - YENİLƏNİB

Nərmin Qocamanlı
Ceyhun Bayramov bu gün Qırğızıstana səfər edəcək - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

***
12:13

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana rəsmi səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri həmkarı Jeenbek Kulubayevin dəvəti ilə 8-9 aprel 2024-cü il tarixlərində Qırğızıstana səfər edəcək.

Görüşdə iki ölkənin xarici əlaqələr idarələrinin rəhbərləri arasında danışıqlar aparılacaq, danışıqlar çərçivəsində Qırğızıstan-Azərbaycan əməkdaşlığının geniş spektri ikitərəfli məsələləri müzakirə olunacaq.
 

Nərmin Qocamanlı

Teqlər:

"Ceyhun Bayramov bu g\u00fcn Q\u0131r\u011f\u0131z\u0131stana s\u0259f\u0259r ed\u0259c\u0259k - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər