Putin Belarusa gedir
Operativ Media
Dekabrın 19-da Vladimir Putin bir günlük işgüzar səfərlə Minskə gedəcək və belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
"Operativ Media" "TASS"a istinadən xəbər verir ki, Putin 2019-cu ilin iyunundan bəri ilk dəfə Belarusa səfər edəcək.
Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələlərini, İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığına diqqət yetirməklə, həmçinin beynəlxalq və aktual mövzuları müzakirə etmək planlaşdırılır.