http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Zeytun yağı seçərkən nələrə diqqət etmək lazımdır?

09 Aprel 2024 , 12:22
Zeytun yağı seçərkən nələrə diqqət etmək lazımdır?

"Yerli zeytunlarımız daha çox kimyəvi gübrələrdən və sintetik dərmanlardan istifadə olunmadan yetişdirilir və belə təbii gübrələrdən əmələ gələn zeytunlardan əldə olunan yağlar daha faydalıdır".

Bunu "Operativ Media"ya açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

O, zeytun yağının insan orqanizmi üçün faydalarından danışıb:

"Zeytunun tərkibi A, D ,E, K vitaminləri ilə çox zəngindir və xüsusi ilə də yerli zeytun olanda bu orqanizm tərəfindən genetik kodlara görə tez tanınaraq asan həzm olunur. Bu da yerli zeytunların daha üstünlük təşkil etdiyini və eyni zamanda zeytun yağının necə faydalı olduğunu göstərir. Mütləq şəkildə əgər təbii zeytun yağı alacağıqsa, birinci növbədə mənşəyi bəlli olan istehsal müəssəsinin məhsullarına müracət etməliyik. Çünki bəzən mənşəyi məlum olmayan və yaxud qablaşdırılmasında düzgün qaydalara əməl olunmayan orqanik qidalar adı altında da zeytun yağları satılır. Ona görə mütləq şəkildə etiket məlumatlarına diqqət etməliyik. Etiket məlumatlarında istehsalçı müəssisə haqqında ətraflı məlumat, ünvanı, eyni zamanda qaynar xətti, istehsal tarixi və son istifadə müddəti göstərilməlidir və tərkibində istifadə olunan inqridiyentlər haqqında tam məlumatlar verilməlidir. Bu, məhsulun keyfiyyətli və etibarlı mənbədən əldə olunduğunu göstərir".

Mütəxəssis qeyd edib ki, əsl zeytun yağının rəngi, adətən, sarımtıl-yaşıl və yaxud qızılı-sarı rəngə çalmalıdır:

"Əgər bulanıq varsa, bu, onun təbii xüsusiyyətindən ola bilər. Amma kəskin sarı və ya yaşıl rəngdirsə, burada qida boyalarının istifadə olunur. Bəzən dibində az miqdarda bircinsli şəkildə olmayan çöküntü olur, bu da orqanik zeytun yağının göstəricisidir. Təmiz yağ təzə və xoşagələn zeytun qoxmalıdır. Əgər heç qoxusu yoxdursa və yaxud zəif qoxu gəlirsə, bu, onun təbii olmadığını göstərir. Əsl zeytunda yağından təbii zeytunun dadını hiss etmək olur, amma əgər qəbul etdikdən sonra ağzıda kəskin dad, acılıq varsa, deməli, əlavə qatqılardan istifadə olunub. Zeytun yağı üçün daha çox "soyuq sıxım", yaxud “ekstra virgin” sözləri istifadə olunur. Bu, onun mexaniki yolla əzilərək yağa çevrilməsinin göstərir və bu cür yağlar daha xeyirlidir".

Onun sözlərinə görə, zeytun yağı alarkən əsasən tünd rəngli şüşədə olmasına fikir vermək lazımdır:

"Çünki bu, onu işıqdan qoruyur. Həmçinin qablaşdırmanın sərin yerdə qalmasına diqqət etməliyik. Müsbət 4 dərəcədə zeytun yağı donur, buna baxmayaraq mütləq sərin və günəş işığı düşməyən yerdə olan yağları seçməliyik. Əgər uzunmüddətli istifadə edəcəyiksə, daha az həcmli, məsələn 250 500 ml zeytun yağlarını almaq lazımdır. Çünki zeytun yağının qapağı hər dəfə açıldıqca oksigenlə reaksiyaya məruz qalır və tərkibini də dəyişir ki, bu da orqanizmdə bir çox həzm problemlərinə gətirib çıxara bilər. Evdə daha çox qaranlıq yerdə 15-22 dərəcə arasında saxlaya bilərik. Sənaye üsulu ilə hazırlanmış məhsulların rəf ömrünün daha az olanını seçməliyik, çünki digərlərində daha çox kimyəvi qatqı maddələri istifadə olunur. xüsusilə kimyəvi qatqılar xaricdən gələn məhsullarda özünü göstərir".

OXŞAR XƏBƏRLƏR
Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu