Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
Kolumbiya prezidenti Qustavo Petro ölkəsinin mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyinə söz verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Semana" jurnalı məlumat yayıb.
"Budur, sizin qarşınızda keçid hökuməti, Respublika Prezidenti elan edir ki, sabah İsrail ilə diplomatik münasibətlər kəsiləcək", - deyə Petro Boqotada Beynəlxalq İşçilər Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bildirib.
Teqlər:
"Kolumbiya may\u0131n 2-d\u0259n \u0130sraill\u0259 diplomatik m\u00fcnasib\u0259tl\u0259ri k\u0259sir"