Menyu

Orta Dəhliz çərçivəsində Azərbaycan-Qırğızıstan arasında geniş əməkdaşlıq potensialı var - Nazir

Orta Dəhliz çərçivəsində Azərbaycan-Qırğızıstan arasında geniş əməkdaşlıq potensialı var - Nazir

Azərbaycan və Qırğızıstan arasında müxtəlif, o cümlədən, siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır.

Xarici İşlər Nazirliyindən "Operativ Media" ya verilən məlumata görə, bu barədə nazir Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşündə bildirib.

Qeyd edilib ki, Orta Dəhliz çərçivəsində iki ölkə arasında geniş əməkdaşlıq potensialı olduğu diqqətə çatdırılıb. İki ölkənin qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyətli olduğu bildirilib. Yaşıl enerji istehsalı sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb.

Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.

Teqlər:

"Orta D\u0259hliz \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 Az\u0259rbaycan-Q\u0131r\u011f\u0131z\u0131stan aras\u0131nda geni\u015f \u0259m\u0259kda\u015fl\u0131q potensial\u0131 var - Nazir"

Əlaqəli Xəbərlər