Yunanıstan və Türkiyə Brüsseldə gizli danışıqlar aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Yunan mətbuatı məlumat yayıb.
NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı qarşıdurma astanasında olublar, son bir neçə ildə münasibətlər gərginləşib.
KİV iddia edir ki, görüş açıq gündəmlə keçirilib ki, tərəflər bir-birlərinin münasibətləri bərpa etmək niyyətlərini öyrənə bilsinlər.