Almaniya XİN öz vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb
Nərmin Qocamanlı
Almaniya ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb, Almaniyanın Tehrandakı səfirliyinin isə qabaqlayıcı tədbirlər gördüyü bildirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Eyni zamanda, Almaniyanın Lufthansa aviaşirkəti mövcud vəziyyətə görə Tehrana bütün reyslərini ləğv edib. Bu qərar ən azı aprelin 18-dək qüvvədə qalacaq. Bundan əlavə, Lufthansa da İranın hava məkanından istifadədən imtina etmək qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden İran hakimiyyətini İsrailə qarşı cavab zərbələri ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda, o, hücumun gec olmadan baş verəcəyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net