Osloda və Höteborqda Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstərilib
Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Norveçin Oslo və İsveçin Höteborq şəhərlərində bu ölkələrdə yaşayan həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib.
"Operativ Media" xəbər verir ki, müraciət edən Azərbaycan vətəndaşlarına ehtiyacları olan sənədlərin verilməsi səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Nail Qocayev tərəfindən təmin edilib.
Habelə, vətəndaşların mövcud problemlər ilə maraqlanıb və onların konsulluq məsələləri ilə bağlı çoxsaylı suallarına cavab verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net