Menyu

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regiondakı son hadisələri müzakirə ediblər

Nərmin Qocamanlı
İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regiondakı son hadisələri müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan telefonla danışıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

İranın Dəməşqdəki konsulluq binasına hücumunun hüquqi və beynəlxalq təqibi üçün son iki həftədə İsrailin diplomatik səylərinə toxunan Abdullahiyan ABŞ və iki Avropa dövlətinin müxalifəti nəticəsində İsraili qınamaq üçün heç bir addım atılmadığını bildirib. 

Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğu binasına edilən hücuma cavab olaraq İsrailə hücuma keçdiklərini bildirən Abdullahiyan bunun Birləşmiş Millətlər Təşkilatının qaydalarına uyğun olaraq qanuni müdafiə çərçivəsində həyata keçirildiyini qeyd edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Fərhan da iki ölkə arasında regional və beynəlxalq əməkdaşlığı genişləndirərək regionda sabitlik və təhlükəsizliyə ehtiyac olduğunu bildirib.

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iki ölkə arasında məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıblar.

 

Teqlər:

"\u0130ran v\u0259 S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131n\u0131n xarici i\u015fl\u0259r nazirl\u0259ri regiondak\u0131 son hadis\u0259l\u0259ri\u00a0m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər