Menyu

Tokayev: "Astana İrəvan və Bakıya maksimum kömək göstərməyə hazırdır"

Nərmin Qocamanlı
Tokayev: "Astana İrəvan və Bakıya maksimum kömək göstərməyə hazırdır"

"Biz İrəvan və Bakının sülh sazişi bağlamaq istəyini alqışlayırıq".

"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib.

"Astana İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır", - Tokayev qeyd edib.

“Biz İrəvan və Bakının sülh sazişi bağlamaq istəyini alqışlayırıq. Bizim əsas məqsədimiz iki dost ölkəmizin ( Red - Azərbaycan və Ermənistan) mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiya əngəllərinin qarşısını almaqdır”, - Qazaxıstan prezidenti bildirib. 

Teqlər:

"Tokayev: \"Astana \u0130r\u0259van v\u0259 Bak\u0131ya maksimum k\u00f6m\u0259k g\u00f6st\u0259rm\u0259y\u0259 haz\u0131rd\u0131r\""

Əlaqəli Xəbərlər