Britaniya XİN İsraili gərginliyi artırmamağa çağırıb
Nərmin Qocamanlı
Böyük Britaniyanın xarici işlər naziri David Kameron İsraili gərginliyi azaltmağa çağıraraq, İranın uğursuz hücumlarını qələbə kimi qəbul etməli olduğunu iddia edib.
"Operativ Media" xəbər verir ki, bu barədə XİN başçısı Britaniya telekanallarının verilişlərində danışıb.
Hücumların İran üçün iki fərqli məğlubiyyətə işarə etdiyini qeyd edən Kemeron, İranın hücumlarının həm uğursuz olduğunu, həm də bütün dünyanın onun təcavüzkar olduğunu gördüyünü açıqlayıb.
Kemeron İsrailin cavab verməyəcəyinə ümid etdiyini bildirib və diqqətin yenidən HƏMAS-a yönəldilməsi lazım olduğunu bildirib.
"İsraildən daha çox şey gözləyənləri anlayıram, lakin indi həm məntiqlə, həm də ürəklə ağıllı və güclü hərəkət etmək vaxtıdır", - nazir deyib.
Kameran qeyd edib ki, Netanyahunun Qəzzaya yardımı buraxmaması böyük səhv idi.
"Yardımların Qəzzaya buraxılmaması böyük səhv idi. Biz israillilərə daha çox sərhəd keçidinin açılması lazım olduğunu açıqladıq. Yardım işçiləri əsl münaqişəsiz mühitin olduğundan əmin olmalıdırlar", - o vurğulayıb.