http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

17 Aprel 2024 , 13:17
Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda, ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatik ofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklə dövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayı olan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət göstərən tarixi Belem sarayında keçirilib.

OXŞAR XƏBƏRLƏR
Rusiya və Tacikistan XİN rəhbərləri arasında telefon danışığı olub

Rusiya və Tacikistan XİN rəhbərləri arasında telefon danışığı olub

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

Ayxan Hacızadə: Fransa daxili işlər nazirinin Azərbaycana qarşı səsləndirilmiş iddiaları əsassızdır

Ayxan Hacızadə: Fransa daxili işlər nazirinin Azərbaycana qarşı səsləndirilmiş iddiaları əsassızdır

XƏBƏR LENTİ
  • 17:36

    "Ehtiyat zabit hazırlığı kursu"na "Psixoloq" vəzifələri üçün növbəti qəbul başlayır
  • 17:33

    Alimlər Günəş sistemində mindən çox yeni asteroid kəşf ediblər
  • 17:22

    Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
  • 17:13

    XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - VİDEO
  • 17:10

    Antalyaya gələn turistlərin sayı 2 milyona çatır
  • 17:05

    Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
  • 16:59

    Maliyyə Nazirliyi tender elan edib
  • 16:56

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb
Menyu