http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Millət vəkili: "Parisin öz səfirini geri çağırması onların zəifliklərini göstərir"

17 Aprel 2024 , 13:50
Millət vəkili: "Parisin öz səfirini geri çağırması onların zəifliklərini göstərir"

"Baxmayaraq ki, Fransanın bizə qarşı xüsusilə son 3 ildəki münasibəti təxribatçı platformaya əsaslanır, hətta bəzi hallarda açıq düşmənçilik xarakteri daşıyır. Bizim dünyada olduqca müsbət siyasi imicimiz, iqtisadi çəkimiz var. Biz bu hörməti özümüz, öz davranışımızla, əməllərimizlə, tərəfdaşlarımızla hörmətə əsaslanan münasibətimizlə qazanmışıq. Fransa bu sırada olmaq istəmirsə, yaxud bu sırada deyilsə, səbəbini özündə, öz siyasətində axtarmalıdır".

Bunu millət vəkili Elnur Allahverdiyev "Operativ Media"ya açıqlamasında deyib.

Millət Vəkili Elnur Allahverdiyev idmançılarımızı təbrik edir. -  İctimairəy.az

O bildirib ki, Azərbaycan bütün dünya dövlətləri ilə, o cümlədən Fransa ilə qarşılıqlı hörmətə, beynəlxalq hüquq və normalara əsaslanan münasibətlərin qüvvədə olmasında maraqlıdır. Dövlətimiz öz siyasəti, davranışı ilə bunu dəfələrlə sübut edib:

"Son 3 ilə nəzər yetirsək, rəsmi Parisin Azərbaycanla münasibətləri gərginləşdirmək üçün bütün mümkün olan addımları atdığının şahidi olmuşuq. Minsk qrupu çərçivəsindəki tərəfsiz statusunu tapdayıb Ermənistana açıq dəstək göstərməklə, sülh müqaviləsinin imzalanmasının qarşısını almaqla, İrəvanı silahlandırmaqla, BMT-də, Avropa Birliyində Azərbaycana qarşı düşmənçilik kampaniyasını aparmaqla. Bütün bunları Fransa bizə qarşı edib, biz Fransaya qarşı deyil. Bu baxımdan, Parisin öz səfirini geri çağırması Fransanın prezidenti və diplomatik korpusunun problemidir, özləri çözməyə çalışsınlar. Hər halda bu addımla onlar vəziyyətə heç bir real təsir edə bilməzlər. Üstəlik, bu hərəkətlə öz zəifliklərini göstərirlər, Azərbaycanın arqumentləri qarşısında əlacsız olduqlarını etiraf edirlər".

Siyasətçi qeyd edib ki, Fransanın özündə Azərbaycana qarşı neqativ kampaniya aparılır:

"Düşünürəm ki, dövlətimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə indiyədək nümayiş etdirdiyimiz düşünülmüş xarici siyasətinin məntiqinə uyğun olaraq ən optimal addımı atacaq. Bizə qarşı Fransanın özündə neqativ kampaniya aparılır, ərazimizdə fəaliyyətdə olmuş separatçı cinayətkar qurum yerli parlamentdə tanınır. Buna rəğmən biz tolerantlıq nümayiş etdiririk. Ancaq nəticədə “küsüb” gedən Fransa səfiri olur. Gün gələcək getdiyi kimi də qayıdacaq. Bizim bu kimi məsələlərə sərf etməyə vaxtımız yoxdur".

Sevinc İbrahimzadə

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan ombudsmanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Gürcüstan ombudsmanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

AK-nın şöbə direktoru Cənubi Qafqaza gəlir

AK-nın şöbə direktoru Cənubi Qafqaza gəlir

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

XƏBƏR LENTİ
  • Dünən
    23:26

    KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb
  • Dünən
    23:08

    Hakan Fidan ilə səudiyyəli həmkarı arasında görüş olub
  • Dünən
    22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • Dünən
    22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • Dünən
    22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • Dünən
    22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • Dünən
    22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
  • Dünən
    21:55

    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
Menyu