Menyu

Danimarka İraqdakı səfirliyini bağlayır

Nərmin Qocamanlı
Danimarka İraqdakı səfirliyini bağlayır

Danimarka hökuməti 2020-ci ildə açdığı İraq səfirliyini bağlamaq qərarına gəldiyini açıqlayıb.
 
"Operativ Media" xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi öz internet səhifəsində açıqlama verib.

Açıqlamada NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına (NMI) töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatının sona çatdığı, lakin Kopenhagenin az sayda personalla NMI-yə töhfə verməyə davam edəcəyi ifadə edilib. .

Bəyanatda Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin xidmət sahəsinin daraldığı qeyd edilib.

“Bu səbəbdən Danimarka hökuməti səfirliyini 31 may 2024-cü il tarixindən etibarən bağlamağa qərar verib", - deyə əlavə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər