Ərdoğan Ruanda və Nikaraqua səfirlərini qəbul edib
Nərmin Qocamanlı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ruanda səfiri Çarlz Kayonqa və Nikaraqua səfiri Tatiana Daniela Qarsiya Silvanı qəbul edib.
"Operativ Media" xəbər verir ki, Prezident Kompleksində təşkil edilən qəbulda Ruanda və Nikaraqua səfirləri etimadnamələrini prezident Ərdoğana təqdim ediblər.
Qəbul zamanı səfirlər ailələrini və bəzi səfirlik üzvlərini Türkiyə prezidentinə təqdim ediblər. Ərdoğan səfirlər və onları müşayiət edən şəxslərlə xatirə şəkli çəkdirib.
Prezident Ərdoğan daha sonra Ruanda səfiri Kayonqa və Nikaraqua səfiri Silvanı ofisində ayrı-ayrılıqda qəbul edib.