http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş nazirin rəhbərliyi ilə iclas keçirilib

17 Aprel 2024 , 19:26
Baş nazirin rəhbərliyi ilə iclas keçirilib

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

Bu barədə "Operativ Media"ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir iclası açaraq sərəncamdan irəli gələn tədbirlər, onların icrasının gedişi və qarşıda duran vəzifələr barədə məlumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Samir Vəliyev məruzələrlə çıxış ediblər.

İclasda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin - EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

İclasın yekununda qarşıda duran vəzifələr istiqamətində irəli sürülən təkliflər nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

XƏBƏR LENTİ
  • 17:54

    Yoxlama aparılan 50 aptekdən 7-də nöqsan aşkarlanıb
  • 17:50

    Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 14 %-dən çox artıb
  • 17:44

    Bu il Antalya istiqamətinə turpaketlər kəskin bahalaşıb
  • 17:38

    Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
  • 17:24

    İstanbulda polisə tabe olmayan 210 nəfər saxlanılıb
  • 17:16

    Azərbaycana ən çox qadın turistlər haradan gəlib?
  • 17:15

    Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb, Prezident çıxış edib - YENİLƏNİB 3
    Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb, Prezident çıxış edib - YENİLƏNİB 3
  • 17:11

    Ermənistan və NATO hərbi təlimlərdə əməkdaşlıq sahələri barədə razılığa gəliblər
Menyu