http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Naxçıvanda QDİƏT Parlament Assambleyasının baş katibi ilə görüş baş tutub

17 Aprel 2024 , 22:41
Naxçıvanda QDİƏT Parlament Assambleyasının baş katibi ilə görüş baş tutub

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏTPA) baş katibi ilə görüş keçirilib.

“Operativ Media” xəbər verir ki, aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev ilə görüşüb.

Görüşdə QDİƏTPA haqqında ətraflı məlumat verib, müxtəlif sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb. Baş katib Qara Dəniz regionunda uzunmüddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılmasının təşkilatın prioritetlərindən olduğunu diqqətə çatdırıb.

Ali Məclisin sədr müavini Anar İbrahimov bu il muxtariyyətin 100 illiyinin qeyd edildiyini, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Kondratyuk: Ərazilərin minalardan təmizlənməsi Azərbaycanla Ukraynanı birləşdirən problemdir

Kondratyuk: Ərazilərin minalardan təmizlənməsi Azərbaycanla Ukraynanı birləşdirən problemdir

Azərbaycan və Ermənistan tərəfləri Almatıda keçiriləcək danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər

Azərbaycan və Ermənistan tərəfləri Almatıda keçiriləcək danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər

Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib

Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib

XƏBƏR LENTİ
  • 22:40

    Gürcüstan parlamenti mayın 1-də xarici agentlər haqqında qanun layihəsinə yenidən baxacaq
  • 22:26

    Rumıniya və Moldova Aİ, NATO, ATƏT və BMT ilə hərbi əməkdaşlıq edəcək
  • 22:11

    Sumqayıtda zavodda yanğın olub
  • 21:59

    Tbilisidə etirazçılar parlament binasını mühasirəyə almaq qərarına gəliblər
  • 21:48

    Kondratyuk: Ərazilərin minalardan təmizlənməsi Azərbaycanla Ukraynanı birləşdirən problemdir
  • 21:42

    Bəxtiyar Həsənalizadənin çıxış etdiyi klubun prezidenti məhkəməyə çıxarılır - 5 futbolçu dindiriləcək
  • 21:22

  • 21:09

    Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib
Menyu