Almaniyanın vitse-kansleri Kiyevə elan olunmamış səfər edib
Nərmin Qocamanlı
Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habek Almaniyanın iş dünyasının nümayəndələri ilə birgə Kiyevə elan olunmamış səfər edib.
"Operativ Media" DPA agentliyinə istinadən xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi rəhbərinin Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri Ukraynaya ikinci səfəridir.
Habek Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və energetika naziri German Qaluşenko ilə görüşməyi planlaşdırır.
İclasda Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumlarının nəticələri, ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi, Ukrayna iqtisadiyyatının gücləndirilməsi və təcili yardımın göstərilməsi müzakirə olunacaq. Səfər iyunda Berlində keçirilməsi planlaşdırılan Ukraynanın yenidən qurulması üzrə konfransa hazırlıq xarakteri daşıyır.
Hava hücumundan müdafiə sistemləri istehsal edən "Diehl Defence" müdafiə şirkətinin prezidenti Helmut Rauç Habek ilə birlikdə Kiyevə gəlib.
“Bizim sistemlərimizdən üçü Ukraynadadır, digərləri bu il, növbəti sistem isə bir neçə həftəyə təhvil veriləcək”, - o deyib.
Məlumata görə, Habek Ukrayna səfərindən sonra Moldova administrasiyası ilə danışıqlar aparmaq üçün Kişinyova səfər edəcək.
Teqlər:
"Almaniyan\u0131n vitse-kansleri Kiyev\u0259 elan olunmam\u0131\u015f s\u0259f\u0259r edib"