http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İlqar Musayev Rumınıyalı həmkarı ilə görüşüb

18 Aprel 2024 , 11:39
İlqar Musayev Rumınıyalı həmkarı ilə görüşüb

Səfər çərçivəsində Xidmət rəisi general-leytenant İlqar Musayevin Rumıniyanın Xüsusi Telekommunikasiya Xidmətinin rəisi general-leytenant Lonen Sorin Balan ilə Buxarest Parlament Sarayında görüşü baş tutub.

XRİTDX-dən "Operativ Media"ya verilən məlumata görə, Xüsusi Telekommunikasiya Xidməti (XTX), Rumıniyada dövlət orqanları və qanunla nəzərdə tutulmuş digər istifadəçilər üçün xüsusi telekommunikasiya sahəsində fəaliyyətləri təşkil edən, nəzarət edən və əlaqələndirən mərkəzi ixtisaslaşmış orqandır. General -leytenant Lonen Sorin Balan XTX-nin hərbi struktura malik olduğunu və milli müdafiə sisteminin bir hissəsi olduğunu qeyd etmişdir. XTX istifadəçilər üçün naqil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə hər hansı xarakterli işarələrin, siqnalların, yazıların, təsvirlərin, səslərin və ya məlumatların ötürülməsini təmin edir.

Eyni zamanda XTX-nin fəaliyyətinin Ali Milli Müdafiə Şurası tərəfindən təşkil edildiyi və Rumıniya Parlamenti tərəfindən nəzarət həyata keçirildiyini bildirib.

İlqar Musayev Xidmətin dövlət qurumları üçün informasiya təhlükəsizliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğunu, mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərinin audit və monitorinqini təşkil etdiyini bildirmiş, ortaq təcrübələr haqqında ətraflı məlumat vermiş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Görüşdə birgə əməkdaşlıq istiqamətində görüləcək işlər müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib

İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib

XƏBƏR LENTİ
  • 16:30

    Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib
  • 16:28

    Cənubi Koreya silahlı qüvvələri "iPhone" istifadəsini məhdudlaşdıracaq
  • 16:17

    İyunda ardıcıl 5 gün iş olmayacaq
  • 16:15

    HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
  • 16:08

    Azərbaycan, Qazaxıstan və Özbəkistanın arasında Əməkdaşlıq Memorandumu imzalanıb
  • 16:03

    BŞİH Milli Şuranın mayın 5-də mitinq keçirməklə bağlı müraciətini məqbul saymayıb
  • 16:01

    Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır
  • 15:50

    Debet kart istifadəçisi kredit ödəyicisinə necə çevrilir?
Menyu