http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xocavənddə partlayıcı qurğular aşkarlanıb

19 Aprel 2024 , 12:13
Xocavənddə partlayıcı qurğular aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb.

ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.

Aşkar edilən partlayıcı maddələr ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə, ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

OXŞAR XƏBƏRLƏR
Makron: "Ukraynaya qoşun göndərilməsi istisna deyil"

Makron: "Ukraynaya qoşun göndərilməsi istisna deyil"

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub

Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub

Putinin andiçmə mərasimində iştirak etmək üçün deputatlar PCR testindən keçəcəklər

Putinin andiçmə mərasimində iştirak etmək üçün deputatlar PCR testindən keçəcəklər

XƏBƏR LENTİ
  • 15:11

    Makron: "Ukraynaya qoşun göndərilməsi istisna deyil"
  • 15:08

    Benzema "Real Madrid"in bazasında sağalır
  • 15:05

    Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub
    Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub
  • 15:01

    Qanunsuz balıq ovu edənlər saxlanılıb
  • 14:57

    AQTA qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlayıb
  • 14:54

    Putinin andiçmə mərasimində iştirak etmək üçün deputatlar PCR testindən keçəcəklər
  • 14:46

    Mayın 5-də keçiriləcək imtahanlarda 12 minə yaxın şəxs iştirak edəcək
    Mayın 5-də keçiriləcək imtahanlarda 12 minə yaxın şəxs iştirak edəcək
  • 14:44

    ABŞ-də “Apple” smartfonlarının payı 7% azalıb
Menyu