http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vüqar Gülməmmədov: "Hesablama Palatası ötən il maliyyə-nəzarət tədbirlərinin 42 %-ni ilk dəfə keçirib"

19 Aprel 2024 , 12:15
Vüqar Gülməmmədov: "Hesablama Palatası ötən il maliyyə-nəzarət tədbirlərinin 42 %-ni ilk dəfə keçirib"

Ötən il Hesablama Palatasının audit və analitik fəaliyyətini əhatə edən 45 dövlət maliyyə-nəzarət tədbirlərinin 42,2 %-i ilk dəfə həyata keçirilib.

"Operativ Media" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son iki ilin göstəricisi əvvəlki illərlə müqayisədə bir qədər çoxdur: "Bunun da əsas səbəbi büdcə xərclərinin artması, büdcə sifarişlərinin genişlənməsidir, nəticədə də yeni audit predmentləri yaranır".

V. Gülməmmədov qeyd edib ki, ötən il müvafiq icra hakimiyyəti orqanlarının təklifi əsasında 4 yeni tədbir, deputat və Hesablama Palatasının üzvlərinin təklifi əsasında isə 2 tədbir daxil edilib.

O bildirib ki, bütün dəyişikliklər ümumi iş planın 13 %-ni təşkil edib.

Hesablama Palatasının Kollegiyası tərəfindən 2023-cü ildə 41 audit və 4 analitik tədbirin keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Nəticələrin rəsmiləşdirilməsi 2024-cü ildə olan 1 tədbirdən başqa, bütün tədbirlər başa çatdırılıb".

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb

Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb

ABŞ Azərbaycanın hansı şirkətinə sanksiya tətbiq edib?

ABŞ Azərbaycanın hansı şirkətinə sanksiya tətbiq edib?

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu