http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Deputatlar vergi orqanının kirayədə yaşayan vəzifəli şəxslərinə kompensasiyanın verilməsi barədə razılığa gəliblər

19 Aprel 2024 , 13:03
Deputatlar vergi orqanının kirayədə yaşayan vəzifəli şəxslərinə kompensasiyanın verilməsi barədə razılığa gəliblər

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.

"Operativ Media" xəbər verir ki,bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsil əlavə olunur.

Bu çərçivədə Əsasnaməyə yeni təminatlar - vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Putin və Si Cinpin təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Putin və Si Cinpin təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

"Türk dünyası sadəcə siyasətdə deyil, müxtəlif sahələrdə də birlik olmalıdır" - Mustafa Aydın

"Türk dünyası sadəcə siyasətdə deyil, müxtəlif sahələrdə də birlik olmalıdır" - Mustafa Aydın

İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib

İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edib

XƏBƏR LENTİ
  • 13:56

    Putin və Si Cinpin təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
  • 13:46

    Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
  • 13:33

    KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
  • 13:25

    Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 13:20

    Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlanıb
  • 13:09

    Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
  • 13:02

    Sabah hava necə olacaq?
  • 12:43

    "Türk dünyası sadəcə siyasətdə deyil, müxtəlif sahələrdə də birlik olmalıdır" - Mustafa Aydın
Menyu