http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Əlcəzairin səfiri ilə görüşüb

19 Aprel 2024 , 18:58
Ceyhun Bayramov Əlcəzairin səfiri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Xarici İşlər Nazirliyindən "Operativ Media"ya bildirilib ki, C.Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan və Əlcəzair arasında münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdelvahab Osmana təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla Əlcəzair arasında artan tərəfdaşlığın, dost münasibətlərin, yüksək səviyyəli təmasların məmnunluq doğurduğunu vurğulayıblar. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, enerji, parlamentlərarası əlaqələr və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunub. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığı davam etdirdiyi bildirilib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması prosesi barədə məlumat verib.


Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində təyinat olub

Kənd Təsərrüfatı Nazirliyində təyinat olub

XƏBƏR LENTİ
  • Dünən
    23:45

    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
  • Dünən
    23:06

    Livandan İsrailə dörd mərmi atılıb
  • Dünən
    22:51

    Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  • Dünən
    22:36

    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
  • Dünən
    22:22

    COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
  • Dünən
    21:55

    Bu rayonun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır
  • Dünən
    21:41

    SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • Dünən
    21:27

    Serbiyada yeni baş nazir təyin edilib
Menyu