http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Qazaxıstan XİN-ləri arasında konsulluq məsləhətləşmələri olub

19 Aprel 2024 , 20:18
Azərbaycan və Qazaxıstan XİN-ləri arasında konsulluq məsləhətləşmələri olub

Bakıda Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri (XİN) arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan XİN-dən "Operativ Media"ya bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Akatayev Bauırjan rəhbərlik edib.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın və Dövlət Miqrasiya Xidmətinin, Qazaxıstan tərəfindən isə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Komitəsinin və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsi rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Qazaxıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə müzakirələr aparılıb.

Məsləhətləşmələr çərçivəsində tərəflər həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb. 

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

COP29-un baş danışıqçısı Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində təyinat olub

Kənd Təsərrüfatı Nazirliyində təyinat olub

XƏBƏR LENTİ
  • 06:45

    Yaponiya və ABŞ silah hazırlanmasına 3 milyard dollar xərcləyəcək
  • 06:41

    Yerdə güclü maqnit qasırğası başlayıb
  • 06:29

    AL: "Bayer" səfərdən qələbə ilə qayıdır
  • 05:47

    Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərlərinin növbəti iclası keçiriləcək
  • Dünən
    23:45

    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
    Avropa Komissiyasının genişlənmə üzrə Baş direktorunun Azərbaycana səfəri başlayıb
  • Dünən
    23:06

    Livandan İsrailə dörd mərmi atılıb
  • Dünən
    22:51

    Kobaxidze ABŞ-yə səfərdən imtina edib
  • Dünən
    22:36

    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
    Tbilisidə polis yolu bağlayan etirazçıları saxlamağa başlayıb - YENİLƏNİB
Menyu