Lavrov: Moskva ilə Vaşinqton arasında strateji sabitliyə dair dialoq üçün heç bir əsas yoxdur
Nərmin Qocamanlı
Qərb nüvə gücləri arasında fəlakətli nəticələrə səbəb ola biləcək birbaşa münaqişə astanasındadır.
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir əlavə edib ki, Rusiya yalnız ABŞ bunu etdikdən sonra Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi (CTBT) ratifikasiyası məsələsinə qayıtmağa hazırdır. O vurğulayıb ki, hazırda Moskva ilə Vaşinqton arasında strateji sabitliyə dair dialoq üçün heç bir əsas yoxdur.