Britaniya səfiri Azərbaycan məhkəməsinin qərarını alqışlayıb
"Britaniya Azərbaycan məhkəməsinin Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı bugünkü qərarını alqışlayır".
"Operativ Media" xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.
"Biz uzun müddət onun müvafiq tibbi xidmətə çıxışı, eləcə də onun əldə etməli olduğu peşəkar şəkildə təyin olunmuş dərmanlara çıxışını müdafiə etmişik", - səfir əlavə edib.