Menyu

BAM-ın veteranı: Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi

BAM-ın veteranı: Heydər Əliyev dəmir iradəli, eyni zamanda, insanlara qarşı həssas biri idi

Heydər Əliyev dəmir iradəli, eyni zamanda insanlara qarşı həssas biri idi.

“Operativ Media” xəbər verir ki, bunu 1980-1990-cı illərdə Baykal-Amur magistral xəttinin (BAM) tikintisində iştirak etmiş “BAM birliyi” ümum-Rusiya ictimai təşkilatının prezidenti Efim Basin deyib.

“O mənim taleyimdə böyük rol oynayıb. Heydər Əliyevin BAM-ın tikintisini ziyarət etməsini yaxşı xatırlayıram”, – deyə o, xatirələri ilə bölüşüb.

O həmçinin vurğulayıb ki, azərbaycanlı inşaatçılar BAM-da iki qəsəbə salıblar.

“Azərbaycan yeganə respublikadır ki, BAM-da öz nümayəndələrinə verdiyi vədləri yerinə yetirib, onları mənzillə təmin edib. Bu o deməkdir ki, Heydər Əliyevin adı xalqlarımızın dostluğunun simvolu olub”, – Basin əlavə edib.

Eyni zamanda, o, Rusiya və Azərbaycan prezidentlərini iyulun 8-də Tında şəhərinə BAM-ın ildönümünü qeyd etməyə dəvət edib. 

Teqlər:

"BAM-\u0131n veteran\u0131: Heyd\u0259r \u018fliyev d\u0259mir irad\u0259li eyni zamanda insanlara qar\u015f\u0131 h\u0259ssas biri idi"

Əlaqəli Xəbərlər