İngiltərə Ukraynaya 500 milyon funt-sterlinq dəyərində hərbi yardım verəcək
Nərmin Qocamanlı
İngiltərə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 500 milyon funt-sterlinq hərbi maşın, avadanlıq və sursat dəstəyi verəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə baş nazirinin 10 saylı ofisindən açıqlama verilib.
Məlumata görə, Ukraynaya 500 milyon funt sterlinq dəyərində 400-ə yaxın hərbi maşın, 1600 texnika və 4 milyon döyüş sursatı göndəriləcək.
İngiltərənin bu il planlaşdırdığı 3 milyard sterlinlik yardımın 500 milyon sterlininə uyğun gələn avtomobil, avadanlıq və sursat Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və mühəndislik dəstəyindən ibarət olacaq.
Bu yardım çərçivəsində Ukraynaya göndəriləcək 400 maşın arasında 160 "Husky" zirehli personal daşıyıcısı, 78 amfibiya, 60 dəniz hücum və müdafiə maşını olacaq. Göndəriləcək 1600 hərbi texnika arasında uzaq mənzilli "Storm Shadow" raketləri də yer alacaq.
Məsələ ilə bağlı açıqlama verən baş nazir Rişi Sunak Rusiyaya qarşı Ukraynanın dəstəklənməsinin bütün Avropanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
"Putinin bu müharibədə qalib gəlməsinə imkan versək, o, Polşa sərhədində dayanmayacaq", - Sunak deyib.
Teqlər:
"\u0130ngilt\u0259r\u0259 Ukraynaya 500 milyon funt-sterlinq d\u0259y\u0259rind\u0259 h\u0259rbi yard\u0131m ver\u0259c\u0259k"