http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

23 Aprel 2024 , 15:18
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Petr Fiala ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ötən il Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyininin qeyd olunduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu illər ərzində ölkələrimiz arasında inkişaf edən yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlər və təmasların ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda birgə fəaliyyətə töhfə verdiyini bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. sahələr üzrə strateji tərəfdaşlığın məmnunluq doğurduğu, bununla belə əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd olunub.

Görüşdə, eyni zamanda ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib. 

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb. 

Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi şəraitin mövcud olduğu, habelə ölkəmiz tərəfindən hazırkı imkanların dəyərləndirilməsi istiqamətində davamlı səylərin göstərildiyi bildirilib. Bu çərçivədə, delimitasiya komissiyasında əldə olunmuş razılığa əsasən Ermənistan işğalı altında olan 4 kəndimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

14:46

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziri Petr Fiala ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29 çərçivəsində əməkdaşlıq məsələləri və regional məsələlər müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib

Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib

AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib

AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu