http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan-Əlcəzair əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub

23 Aprel 2024 , 20:25
Azərbaycan-Əlcəzair əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub

Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, Azərbaycan parlamentinin komitə sədri Səməd Seyidov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə fikirlərini bölüşüb. O, diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş və dünya miqyasında sözünü deyə bilən ölkədir. S.Seyidov ölkələrimizin Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından danışıb, Əlcəzairin həmişə Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu bildirib.

Söhbət zamanı komitə sədri Fransanın neokolonializm siyasəti, Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişi, ölkəmizin Əlcəzairlə parlamentlərarası, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, hələ sovetlər dönəmində Əlcəzairin Azərbaycanla yaxşı münasibətləri olub və diplomatik əlaqələrimizin qurulmasından ötən 30 il ərzində bu münasibətlər daha da inkişaf edib. O bildirib ki, ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı məmnunluq doğurur. Söhbət zamanı qonaq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi imkanları barədə fikirlərini açıqlayıb. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib

Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib

AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib

AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu