Menyu

Bayden: "Senatın təsdiqlədiyi qanun layihəsi masamın üzərinə qoyulan kimi onu imzalayacam"

Əziz Əzizli
Bayden: "Senatın təsdiqlədiyi qanun layihəsi masamın üzərinə qoyulan kimi onu imzalayacam"

ABŞ prezidenti Co Bayden aprelin 24-də Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardım haqqında qanun layihələri paketini imzalayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc olunub.

“Konqres milli təhlükəsizliyimizi gücləndirmək və Amerika liderliyinin gücü haqqında dünyaya mesaj göndərmək üçün qanun qəbul etdi: Biz qətiyyətlə demokratiya və azadlığın tərəfdarıyıq, biz zülmə qarşıyıq. Bu qanun layihəsi sabah masamın üzərinə qoyulan kimi onu imzalayacam və Amerika xalqına müraciət edəcəyəm ki, bu həftə Ukraynaya silah və texnika göndərmək mümkün olsun”, - Bayden vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər