Menyu

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Nərmin Qocamanlı
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

09:54

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər zamanı dövlət başçısı Azərbaycan lideri İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, o cümlədən gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcək.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də nəzərdə tutulur, ondan sonra Prezidentlərin Birgə Bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq.

Bundan başqa, Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcəklər.

 

Teqlər:

"Q\u0131r\u011f\u0131z\u0131stan Prezidenti Az\u0259rbaycana s\u0259f\u0259r\u0259 g\u0259lib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər