Makron: "Fransızlar və ermənilər əbədi olaraq bağlıdırlar"
Nərmin Qocamanlı
Fransa Prezidenti Emmanuel Makron "X" hesabında qondarma "erməni soyqırımı" ilə bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, Fransa Prezidenti paylaşımında fransızlar və ermənilərin əbədi olaraq bağlı olduğunu bildirib:
"Fransızlar və ermənilər əbədi olaraq bağlıdırlar".
Qeyd edək ki, 1965-ci ildən etibarən ermənilər hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər. Onlar iddia edirlər ki, 1915-ci ildə türklər 1,5 milyon erməniyə qarşı soyqrımı törədib. Əslində isə həmin gün İstanbulda və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri tərəfindən əmr verilib. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan bu məsələ ilə bağlı arxivlərini açmalıdır. Türkiyə arxivlərini açıb və gizlədiləsi heç nə yoxdur.
Teqlər:
"Makron: \"Frans\u0131zlar v\u0259 erm\u0259nil\u0259r \u0259b\u0259di olaraq ba\u011fl\u0131d\u0131rlar\""