http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

24 Aprel 2024 , 11:41
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfiri Şuşaya gedib

ABŞ səfiri Şuşaya gedib

Rəisi İraq Kürdüstanı regionunun prezidenti ilə görüşüb

Rəisi İraq Kürdüstanı regionunun prezidenti ilə görüşüb

Mirzoyan Peter Siyarto ilə görüşüb

Mirzoyan Peter Siyarto ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:27

    Paşinyan Aİİ sammiti üçün Moskvaya gedə bilər
  • 13:02

    Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır
  • 12:58

    ABŞ səfiri Şuşaya gedib
    ABŞ səfiri Şuşaya gedib
  • 12:50

    İşğaldan azad edilmiş ərazilərdə daha 79 mina aşkar edilib
  • 12:46

    Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb
    Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb
  • 12:45

    Sabah hava necə olacaq?
  • 12:40

    “Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası” təsdiqlənib
  • 12:33

    Salah Premyer Liqada rekorda imza atıb
Menyu