http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qarabağda quruculuq işlərində türk dövlətləri fəal iştirak edir

24 Aprel 2024 , 12:36
Qarabağda quruculuq işlərində türk dövlətləri fəal iştirak edir

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətlə aparılır. Sevindirici haldır ki, bu proseslərdə türk dövlətləri də fəal iştirak edirlər.

“Operativ Media” xəbər verir ki, Qarabağda quruculuq işlərində Türkiyə ilə yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan da öz tövhələrini verməkdədir.

Beləki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikib. Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi tikib. Qırğızıstan Ağdamda orta məktəb tikir. Türkiyə tərəfindən isə bir sıra tikinti işləri həyata keçirilir. 

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, işğaldan azad olunmuş ərazilərdə türkçülük yenidən qayıdır:

“Türk dünyasının əslində işğaldan azad olunmuş ərazilərdə yenidənqurmaya cəlb olunması, başqa sözlə türk dünyasının yenidən inşa olunması anlamına gəlir. Bu gün Qırğızıstan Ağdamda məktəb tikirsə, Özbəkistan, Qazaxıstan quruculuq işləri aparırsa, Azərbaycan onlar üçün türk dünyasının mərkəzi, ilham və ideya mənbəyi olmaqla, örnək olmaqla yeni ideyalar, fikirlər üçün abidələr tikməkdədir. Bu tarixin ən mühüm nöqtəsində türk dünyasının birləşməsi də Azərbaycan üzərindən həyata keçirilir. Məncə, çox yaxın tarixdə türk dünyasının əsas liderinin Azərbaycan prezidenti olması faktı da ön plana ciddi şəkildə çıxacaq. Ona görə türk dünyası birləşməyə məhkumdur, türk dünyası birləşməklə yeni başlanğıclara imza atmalıdır. Türk dünyasının indiki vəziyyəti qərb və şərq gücləri arasında üçüncü bir güc mərkəzi yaratmaqdan keçir. Ona görə, onların məhz Qarabağ üzərindən Azərbaycanın başına toplanması böyük idealların vahid türk qövmünün, qardaşlığının, dərin əlaqələrinin inşası deməkdir”

OXŞAR XƏBƏRLƏR
Kolumbiya prezidenti: "İsraillə diplomatik əlaqələr kəsilməlidir"

Kolumbiya prezidenti: "İsraillə diplomatik əlaqələr kəsilməlidir"

Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

XƏBƏR LENTİ
  • 09:48

    Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
  • 09:38

    Azərbaycan PL: "Səbail" "Qəbələ"yə qarşı
  • 09:27

    Kolumbiya prezidenti: "İsraillə diplomatik əlaqələr kəsilməlidir"
  • 09:20

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:09

    PSV 25-ci dəfə Hollandiya çempionu oldu
  • 09:04

    Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:34

    Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
Menyu