http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ərdoğan Türkiyə Erməni Patriarxı Maşalyana müraciət edib

24 Aprel 2024 , 13:47
Ərdoğan Türkiyə Erməni Patriarxı Maşalyana müraciət edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Erməni Patriarxı Maşalyana yazılı mesaj göndərib.

"Operativ Media" xəbər verir ki, müraciətdə deyilib:

"Bu gün Birinci Dünya Müharibəsinin ağır şərtlərində həyatını itirən Osmanlı İmperiyasının erməni vətəndaşlarının xatirəsini bir daha yad edir, onların nəvələrinə başsağlığı verirəm. Allah şəhid olan və həlak olan bütün Osmanlı cəmiyyətinin üzvlərinə də rəhmət eləsin. Onlar qarşıdurmalar, iğtişaşlar, dəstə hərəkətləri və terror aktları nəticəsində şəhid oldular.

Birinci Dünya Müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarımızda dərin izlər buraxmışdır. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür. Anadolu torpaqlarını istehsal etdikləri mədəni və insani əsərlərlə zənginləşdirən erməni vətəndaşlarımızın təhlükəsizliyi, firavanlığı və xoşbəxtliyi bu gün də təmin edilir.

Biz imkan verməmişik və etməyəcəyik ki, heç bir erməni vətəndaşı öz vətənində təcrid olunsun, kənarlaşdırılsın, özünü ikinci dərəcəli hiss etsin. Radikal diskurslara, marjinallaşmaya, nifrət ifadələrinə yer vermədən tarixdə baş verən hadisələrə ağlın, vicdanın və elmin rəhbərliyi ilə müraciət etməyimiz vacibdir.

Milli yaddaşımıza həkk olunmuş hadisələri bir-birindən ayırmadan empatiya qurmaq həm də nifrət toxumlarının kök atmasının qarşısını alacaq. İnanırıq ki, gələcək nəsilləri dünyanı əhatə edən zorakılıq və müharibə spiralından qorumağın yolu, ümumi ağrılarımızdan çıxaracağımız dərslər işığında gələcəyimizi birlikdə qurmaqdan keçir. Bu fikirlərlə mən bir daha Erməni İcmasının dəyərli üzvlərini ən səmimi hisslərimlə salamlayıram”.

OXŞAR XƏBƏRLƏR
Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

XƏBƏR LENTİ
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:34

    Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
  • 06:56

    Portuqaliya çempionatının qalibi bəlli oldu
  • 06:47

    İsrailin müdafiə naziri Rəfahı işğal etməklə hədələyib
  • 06:37

    "Yurqarden" qələbə qazandı, Musa ehtiyatda qaldı
  • 06:30

    Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
  • Dünən
    22:59

    Si Cinpin: "Müstəqil Fələstin dövləti yaradılmalıdır"
  • Dünən
    22:40

    Türkiyədə 15 avtobus yanaraq külə döndü
Menyu