Menyu

Türkiyə XİN: "Biz bütün tərəfləri Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq"

Nərmin Qocamanlı
Türkiyə XİN: "Biz bütün tərəfləri Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq"

"Bəzi radikal dairələrin xoşuna gəlmək üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda bildirilib:

"Tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir. Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib.

Tarixlə bağlı qərəzli bəyanatlar iki icma arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir".

"Biz bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq", - bəyanatda qeyd olunub.

Teqlər:

"T\u00fcrkiy\u0259 X\u0130N: \"Biz b\u00fct\u00fcn t\u0259r\u0259fl\u0259ri Erm\u0259nistanla ba\u015flayan normalla\u015fma prosesini d\u0259st\u0259kl\u0259m\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131r\u0131q\""

Əlaqəli Xəbərlər